Dövlət Komitəsi yayılan iddialara cavab verib

    SON XƏBƏRLƏR

    01 Dekabr 2023 | 16:14

    Bəzi mətbuat orqanlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb.

    Dövlət Komitəsindən Pressa.az-a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur. Məcburi köçkünlər isə kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər.

    Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, dövlət büdcəsindən vahid aylıq müavinət verilir.

    Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlumatlandırma və təşviqat tədbirləri həyata keçirilir.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024