Sentyabrın 20-də Milli Depozit Mərkəzi (MDM) tərəfindən dövlət istiqrazları üzrə ödənişlər həyata keçirilib.
Bu barədə Pressa-ya MDM-dən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyinin buraxdığı istiqrazlar üzrə 2 milyon 203 min 562,94 manat kupon ödənişi həyata keçirilib. Ödənişin əsas məbləği isə 45 milyon manat təşkil edib.