Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - YENİLƏNİB

    ÖLKƏ

    29 Sentyabr 2022 | 13:22

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

    Pressa xəbər verir ki, görüşdə Fransa Prezidenti Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olundu.

    Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

    Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğuladı. Bu məsələlərinin həllinin vacibliyi qeyd edildi.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.

     

    13:12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

    Pressa xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023