Dövlət başçısı: "Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır"

    SON XƏBƏRLƏR

    06 Fevral 2023 | 15:13

    Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

    Pressa xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

    Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır.

    Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

    Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə azı 912 nəfər ölüb, 5 385 nəfər yaralanıb. 1 710 bina dağılıb.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023