Dini qurumların dövlət qeydiyyatına alınması qaydası dəyişir

    ÖLKƏ

    26 Yanvar 2022 | 13:47

    Dini qurumların dövlət qeydiyyatına alınması qaydası dəyişir.

    Pressa-nın məlumatına görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin 3-cü hissəsində) nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habeə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

    Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı 50 nəfər yetkinlik çatmış şəxs və ya onların səlahiyyətli nümayəndəlıəri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə, dini icmanın təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə nigaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə ediləcək.

    Qüvvədə olan qanuna görə, dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin ,dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə təqdim edilir.

     

     



    XƏBƏR LENTİ

    19 May 2022
    18 May 2022
    17 May 2022
    16 May 2022
    14 May 2022
    13 May 2022