Qubadlı Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.
Pressa xəbər verir ki, polis kapitanı Paşazadə Cavid Vidadi oğlu Qubadlı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, təyinata qədər Cavid Paşazadə Qubadlı Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.