DİN: Bakıda bir qrup şəxsin aksiya cəhdinin qarşısı alınıb

    ÖLKƏ

    01 Dekabr 2021 | 17:20

    Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb: "Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.
    Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024