DİM: Abituriyentlərin ingilis dili üzrə açıq sualların cavablandırılmasının faiz göstəricilərində müsbət dinamika var

    TƏHSİL

    02 Iyun 2023 | 17:24

    Son illər ərzində abituriyentlərin ingilis dili üzrə cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəricilərində müsbət dinamika müşahidə olunur.

    Pressa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin əməkdaşı Könül Hacıyeva bildirib.

    Onun sözlərinə görə, 2022-ci ilin birinci istiqaməti üzrə 5 və 6 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 13.4% və 11.4% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının birinci istiqaməti üzrə 5 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 19.43% olub.

    Anoloji olaraq, 2022-ci ilin ikinci istiqaməti üzrə 12 və 13 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 16.34% və 15.11% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının ikinci istiqaməti üzrə 12 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 22% olub. Qeyd olunan artım hər iki il üçün digər variantlarda da müşahidə olunur:

    “Yuxarıda qeyd olunanlarla yanaşı, ümumilikdə son üç ilin statistikasına nəzər salsaq görərik ki, 2021-ci ildə (n=82434) tam (11 illik) orta təhsil üzrə buraxılış imtahanlarında iştirak edən məzunların xarici dillər üzrə orta balı 40.37, 2022-ci ildə (n=89745) 36.59, 2023-cü ildə isə (n=100590) 39.29 olub. Ümumi mənzərədə 2021-ci illə müqayisədə 2022-ci ildə şagirdlərin orta bal göstəricilərində nisbətən azalma, 2023-cü ildə isə 2022-ci ilə nisbətən artım müşahidə olunmuşdur. Qeyd olunan dinamika bu illər ərzində yazılı şəkildə cavablandırılması tələb olunan açıq sualların sayının artması ilə əlaqədardır. Belə ki, 2021-ci ildə bu tip tapşırıqların sayı 4, 2022 və 2023-cü illərdə isə 7 olub.

     

    Qeyd olunan illər üzrə 0-100 bal intervalı üzrə nəticələrə nəzər salsaq görərik ki, 2021 və 2022-ci ildə ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 2021-ci ildə 27230, 2022-ci ildə isə 26086-dır. 2023-cü ildə abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən isə onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 33617-dir və bu da ümumi abituriyent sayının (n=100590) 33.42%-ni təşkil edir. Diqqət yetirsək, qeyd olunan illərdə xarici dil üzrə nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayında artım olduğunu müşahidə etmək olar.

    Tam (11 illik) orta təhsil səviyyəsində xarici dillər üzrə yoxlama-ölçmə materiallarının CEFR-ın müvafiq B1 səviyyəsinə uyğunluğunu və testologiyanın qaydalarını nəzərə alaraq, qeyd etmək olar ki, 2023-cü il üzrə imtahanda iştirak edən ümumi şagird kontingentinin 33.42%-i CEFR-ın B1 səviyyəsinə uyğun dil bacarığı nümayiş etdirir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu abituriyentlərin xarici dil biliyi danışıq bacarığı istisna olmaqla digər bacarıqlar ­ dinləmə, oxu, yazı və dil qaydaları üzrə qiymətləndirilir.

    Nəticələrə əsasən onu da qeyd etmək olar ki, ümumi və tam orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində xarici dil blokunun CEFR-ın müvafiq səviyyələrinə uyğunlaşdırılması (orta (9 illik) təhsil səviyyəsində A2, tam (11 illik) orta təhsil səviyyəsində isə B1) müsbət hal kimi qiymətləndirilə bilər.

    Yuxarıda qeyd olunanlarla yanaşı, Mərkəzin təhsilin yuxarı pillələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasındakı təcrübəsinə istinad edərək, tədricən şagirdlərin bilik və bacarıqlarının standart imtahan modelinə əsasən 4 bacarıq üzrə qiymətləndirilməsini təşkil etməyi də məqsədəuyğun hesab etmək olar”.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024