"Deyirlər, səni Ermənistana təhvil verəcəyik" - Kamil Moskvada saxlanıldı

    HADİSƏ

    21 Fevral 2024 | 08:46

    Rusiyaya istirahətə gedən idmançı Kamil Zeynallı orada həbs olunub.

    Pressa xəbər verir ki, idmançı bu barədə sosial şəbəkədə məlumat yayıb. O, Moskvadakı Domodedovo hava limanında olarkən saxlanıldığını bildirib:

    "Azərbaycana gəlirdim, Domodedovo hava limanında polislər məni saxladılar və bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və hələlik burada həbs etdilər. Deyirlər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni bizdən götürəcəklər. Səhər məni məhkəməyə çıxaracaqlar. May ayından məni axtarışa veriblər, amma o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi isə həbs etdilər. Ümid edirəm dövlətimiz mənə dəstək olar, qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda bölmədəyəm, gözləyirəm. İnşallah yaxşı olar. Hər nə olsa da, haqqınızı halal edin".

    Qeyd edək ki, Kamil müğənni Gülay Zeynallının həyat yoldaşıdır.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024