Dərini gənc saxlayır, Alzheimer xəstəliyindən qoruyur

    SON XƏBƏRLƏR

    26 Fevral 2024 | 17:40

    Sarıkök həzm problemlərini sağaldan, soyuqdəymələrin qarşısını alan və yaraları təmizləməyə kömək edən 4000 illik tarixə malik ədviyyatdır. O, həmçinin dəriyə inanılmaz faydalar verir. Mətbəxlərdə tez-tez istifadə edilən bu ədviyyat sağlam həyatın əvəzolunmaz tərkib hissəsidir.

    Pressa xəbər verir ki,  bu möhtəşəm ədviyyatın çoxsaylı faydaları beyin funksiyalarını yaxşılaşdırmaqdan dərini gözəlləşdirməyə qədər bir çox təsirləri ehtiva edir.

    Sızanaqlar və onların buraxdığı ləkələr dəri səthində böyük problem yarada bilər. Əslində sızanaqları ört-basdır etmək üçün müxtəlif kosmetik vasitələrdən istifadə etməkdənsə, təbii üsullarla və düzgün dəriyə qulluq məhsulları ilə müalicə etmək daha təsirli ola bilər. Sarıkök dəri tonunu bərabərləşdirmək üçün son dərəcə effektiv istifadə edilə bilən maska ​​tərkib hissəsidir. Ondan hazırlanan maska xüsusilə dodaqlar və çənə bölgəsi ətrafındakı dəri tonu fərqlərində əhəmiyyətli fərqlər yarada bilər.

    Maska hazırlayarkən onun yağından da istifadə edə bilərsiniz. Bəzi dəri tipləri günəşə məruz qaldıqda digərlərinə nisbətən daha çox ləkələnməyə meyllidirlər. Xüsusilə yay aylarında tərkibində sarıkök olan qarışığı tətbiq etməklə həm mövcud günəş ləkələrindən xilas ola, həm də yenilərinin əmələ gəlməsinin qarşısını ala bilərsiniz.

    Bir çimdik sarıkök tozunu bir qaşıq qatıqla qarışdırın. Daha sonra bu qarışığı ləkələrə mütəmadi olaraq tətbiq edə bilərsiniz. Bir həftə ərzində ləkələrin xeyli azaldığını müşahidə edə bilərsiniz.

    Sızanaq bir çox insan üçün ümumi bir problemdir və sarıkök sızanaqların sağalmasında təsirli rol oynayır. 1 çimdik sarıkökü 1 çay qaşığı zeytun yağı ilə qarışdıraraq məcun hazırlayın və bu qarışığı sızanaqların üstünə sürtün. Qarışığı bir neçə saat saxlayın, sonra pilinq edərək üzünüzü təmizləyin. Bu prosesi etdikdən sonra sızanaqların quruduğunu görəcəksiniz.

    Quru dərinin ən yaxşı dostu olan sarıkök xüsusilə də qatıqla qarışdırıldıqda bütün quruluq problemlərini həll edir. Bu maska ​​dərinin nəm tarazlığını qoruyaraq ətraf mühit faktorları səbəbiylə meydana gələ biləcək dəri quruluğunun qarşısını alır.

    Sarıkök antibiotik təsiri sayəsində infeksiyaları tez bir zamanda aradan qaldırmağa kömək edə bilər. 1 çimdik ədviyyatı 1 çay qaşığı zeytun yağı ilə qarışdırın və iltihablı yerə çəkin.

    Tədqiqatlar göstərib ki, 1,5 il ərzində gündə iki dəfə, tərkibində zərdəçal olan qarışıqlar içmək yaddaşı gücləndirir. Bu cür insanlar Alzheimer xəstəliyinə tutulma riskindən uzaq olurlar. Sarıkök eyni zamanda xərçənglə mübarizədə əla vasitədir. 

    Ənənəvi Çin təbabətində tez-tez istifadə edilən sarıkök artrit kimi xəstəliklərin səbəb olduğu ağrıları aradan qaldırmada təsiri araşdırmalarla sübut edilib. O, təkcə dəridə yox, orqanizmdə olan iltihabı azalrmağa yardım edir. 

    Sarıkökü çay kimi istifadə edə və ya yeməklərinizə əlavə edib pəhrizinizin bir hissəsinə çevirə bilərsiniz. O, kollagen istehsalını artırır. Bu da qocalmanı gecikdirir.



    XƏBƏR LENTİ

    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024