Deputat: Uğurlarımız təkcə regional səviyyədə yox, beynəlxalq müstəvidə müstəqilliyimizin təminatçısına çevrilib

    SİYASƏT

    19 Iyul 2022 | 18:31

    "Azərbaycanın əldə etdiyi ən böyük nəaliyyətlərdən biri iqtisadi müstəqilliyin əldə edilməsidir. İqtisadi asılılığın olmaması, eyni zamanda siyasi müstəqilliyi də şərtləndirib".

    Pressa xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov AzTV-nin "İqtisadiyyat Xəbərləri"ndə yayımlanan "Prezident İlham Əliyevin başçılığı ilə ilin altı ayının yekunlarına həsr olunan müşavirə" ilə bağlı reportajda səsləndirib.

    Onun sözlərinə görə, uğurlarımız təkcə regional səviyyədə yox, beynəlxalq müstəvidə müstəqilliyimizin təminatçısına çevrilib:

    "Bu gün dünyada heç kim ölkənin, Prezident İlham Əliyevin iradəsinə təsir, diktə edə biləcək cəsarəti özündə tapa bilməz. Əgər belə olmasaydı, Qarabağ bu günə qədər işğal altında olardı. Ona görə də iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər əldə edilib".

    Qeyd edək ki, 15.07.2022 tarixində Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Tədbirdə ilin yarım ilinin yekunları müzakirə edilib, görüləcək işlər haqqında danışılıb. Dövlət başçısı qeyd edib ki, ölkə bütün siyasi, iqtisadi və sosial sahələrdə uğurla inkişaf edir, hər bir istiqamət üzrə qarşıya qoyulan vəzifələr icra edilir



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023