Deputat: Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır

    ÖLKƏ

    29 Noyabr 2023 | 17:33

    "Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Sual yaranır ki, icbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı?"

    Pressa xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

    "Təbii ki, aparılsaydı, bu gün vaksinasiya olmayan uşaqların da sayı bəlli olardı. Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksinasiyanın aparılmamasıdır. Bütün bunlara baxmayaraq, hər il dispanserizasiya üçün büdcədən kifayət qədər vəsait ayrılır".

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024