Deputat: Müəssisə rəhbəri işçini işə götürəndə diplomunun rənginə baxmır

    TƏHSİL

    24 May 2023 | 15:55

    "Azərbaycanda diplomların rəngi yoxdur. Diplom tələbəyə iş üçün yox, 4 il tədris aldığına görə verilir".

    Pressa xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

    O bildirib ki, bir müəssisə rəhbəri işçini işə götürəndə diplomunun rənginə baxmır.

    "Burada bir mərhələ bitir, artıq növbəti mərhələ başlayır. Hesab edirəm ki, işçilərin işə götürülərkən imtahan edilməsi müsbət haldır. Müəssisə rəhbəri deyə bilməz ki, "bacarığın önəmli deyil, diplomun qırmızıdır işə gəl"".



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024