Deputat: “Həyatımın yarısını “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm, vallah, yoruldum”

    ÖLKƏ

    29 Sentyabr 2022 | 13:56

    “Mən həyatımın yarı hissəsini “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm. Vallah, yoruldum”.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, Lənkərandan gələn bütün məktublarda “Azərsu” ilə bağlı şikayət var.

    Deputat regionlarda əsas problemin işsizlik olduğunu qeyd edib: “Regionlarda işsizliklə bağlı məsələni həll etmək lazımdır. Şəhərdə insanlar gedir “moyka” açır, bir şəkildə özünü dolandırır. Biz insanların regionlara qayıdış məsələsinə diqqəti artırmalıyıq”.

    Rüfət Quliyev supermarketlərdən də şikayətlənib: “Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024