Dəmir yolu ilə yükdaşımaların həcmi kəskin artıb

    İQTİSADİYYAT

    02 Avqust 2022 | 14:11

    Bu ilin yanvar-iyun ayları üzrə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində müsbət artım tendensiyası müşahidə olunub.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, yük daşımaları əməliyyatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə ortalama 38% artım edib. Ən çox artım tranzit daşımalarında (48%) qeydə alınıb.
    Tranzit rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 2 dəfədən çox (192%), qida məhsullarında 80%, sənaye məhsullarında 2 dəfəyədək artım müşahidə olunub.İxrac rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 56% azalıb, mineral tikinti materiallarının daşınmasında 94%, kimyəvi məhsulların daşınmasında 77%, kimya sənayesi məhsulları üzrə isə 3 dəfəyədək artım mövcuddur.

    Daxili daşınmalar üzrə yanacaq və energetika məhsullar üzrə 94%, mineral xammal məmulatları və mineral tikinti materialları daşınmasında 37%, sənaye və metallurgiya məhsulları üzrə isə 2 dəfəyədək artım mövcuddur.

    İdxal rejimi üzrə ümumi yükdaşıma həcmində kəskin daşınma fərqləri mövcud olmamasına baxmayaraq yanacaq və energetika məhsullarının daşınmasında 4 dəfədən çox artım müşahidə olunub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024