Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ 

    SON XƏBƏRLƏR

    01 Dekabr 2023 | 16:27

    Sabah güclü maqnit qasırğası olacaq.

    Pressa xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

    Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

    Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024