De Liqt “Bavariya”ya keçib

    İDMAN

    19 Iyul 2022 | 13:32

    “Yuventus”un müdafiəçisi Mattiys de Liqt “Bavariya”ya keçib.

    Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı tanınmış italiyalı jurnalist Fabritsio Romano yayıb.Onun sözlərinə görə, Niderland millisinin üzvünün Münhen klubuna keçidi dəqiqləşib. Klublar arasında bütün sənədlər imzalanıb. De Liqt hətta ilkin tibbi müayinədən də keçib. Ancaq bu gün növbəti dəfə həkim müayinəsinə ehtiyac duyulacaq.

    Bunun ardından 23 yaşlı müdafiəçi “Bavariya”nın ABŞ turnesinə qatılacaq. Transferin turinlilərə 70+10 milyon avro qazandırdığı bildirilir.

    Qeyd edək ki, Mattiys de Liqt 2019-cu ildən “Yuventus”da çıxış edir.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024