DÇ-2023: Azərbaycan Portuqaliyaya rəqib olub

    İDMAN

    29 Iyun 2022 | 13:21

    Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb.

    Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.Püşkə əsasən yığmamız Portuqaliyaya rəqib olub. Həndbolçularımız ilk görüşü evdə keçirəcəklər. Komandalar arasında birinci oyun noyabrın 2-3-də, ikinci matç 5-6-da olacaq.

    Qeyd edək ki, bu mərhələdə Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda mübarizə aparacaq. Qaliblər pley-offa yüksələcəklər.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024