DÇ-2022: Neymar 1/8 final mərhələsini buraxa bilər

    İDMAN

    03 Dekabr 2022 | 12:53

    Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.

    Pressa-nın məlumatına görə, 30 yaşlı hücumçu hələ də kollektivlə birgə məşqlərə qatılmayıb.

    Yığmanın həkimi Rodriqo Lasmar qrup mərhələsinin ilk turunda Serbiya (2:0) ilə oyunda zədələnərək sonrakı iki görüşü buraxan Neymarın bu gün topla məşqlərə başlayacağını açıqlayıb. Həkim bildirib ki, Neymarın və digər zədəli futbolçu Aleks Sandronun Cənubi Koreya ilə qarşılaşmada iştirakı bərpa prosesindən asılı olacaq.

    Qeyd edək ki, DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya matçı dekabrın 5-də baş tutacaq.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024