Daşkəsəndə leysan yağışları fəsad törədib

    HADİSƏ

    26 May 2023 | 10:15

    Mayın 25-i saat 19:00 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.

     Pressa-nın xəbərinə görə, leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel-sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

      Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.



      XƏBƏR LENTİ

      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024