Daşkənddə qazdoldurma məntəqələri müvəqqəti bağlanıb

    SON XƏBƏRLƏR

    05 Dekabr 2022 | 11:02

    Daşkənddəki avtomobil yanacaqdoldurma məntəqələri soyuq havaların başlaması və bunun nəticəsində yaranan qaz qıtlığı ilə əlaqədar müvəqqəti olaraq bağlanıb. Məntəqələr yalnız ictimai nəqliyyata xidmət göstərir.

    Pressa Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Daşkənd hökümətinin (administrasiyasının) məlumatında bildirilir.Bir müddət əvvəl “Uztansqaz” ASC-nin mətbuat xidməti xəbər vermişdi ki, soyuq havada yanacaq qıtlığı səbəbindən noyabrın 9-dan Özbəkistanın vilayətlərindəki avtomobil qazdoldurma kompressor stansiyalarında (CNG yanacaqdoldurma məntəqələrində) qaz təchizatı cədvəlində müvəqqəti məhdudiyyətlər tətbiq edilir. .

    “Mümkün qədər çox evləri qaz və istiliklə təmin etmək üçün ictimai nəqliyyatda xidmət göstərənlər istisna olmaqla, bütün avtomobillər üçün yanacaqdoldurma məntəqələri müvəqqəti bağlanıb”, - məlumatda bildirilib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024