Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb

    ÖLKƏ

    13 Sentyabr 2021 | 11:18

    Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub.

    Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

    N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib:

    “Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 % azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,93 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,18 % bahalaşma qeydə alınıb”.

    “Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 0,36 %, ötən ilin eyni dövrü ilə mqayisədə 3,47 % artıb”, - deyə ekspert əlavə edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024