Daha 25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirilib

    SON XƏBƏRLƏR

    02 Iyun 2023 | 10:21

    “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

      Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

      Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023