Dağıstanlı sahibkarların Azərbaycana biznes missiyası planlaşdırılıb

    İQTİSADİYYAT

    02 Avqust 2022 | 10:29

    Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyevlə işgüzar görüş keçirib.

    Pressa ticarət nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər Dağıstan məhsullarının Azərbaycan bazarına çatdırılması imkanlarını nəzərdən keçirib, həmçinin Dağıstan sahibkarlarının Azərbaycana biznes missiyasına hazırlıq məsələlərini müzakirə ediblər.
    Cari ilin dördüncü rübünə planlaşdırılan bu missiya çərçivəsində “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin nəzdində Dağıstan məhsulları üçün sərgi salonu işə salınacaq.
    "Salonda Dağıstanda istehsal olunan ixrac məhsulları: qida, tikinti materialları, İT həlləri təqdim olunacaq. Rusiya Federasiyasının Dağıstanının turizm və investisiya potensialının video təqdimatı da planlaşdırılır", - Ruslan Abasquliyev izah edib.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023