COVID-19-a yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

    ÖLKƏ

    22 Yanvar 2022 | 15:06

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına dəyişiklik edib.

    Pressa-nın məlumatına görə, dəyişikliyə əsasən, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.

    İndiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

    Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024