Çinin sabiq ədliyyə naziri ölüm hökmünə məhkum edilib

    DÜNYA

    22 Sentyabr 2022 | 11:06

    Çin məhkəməsi ölkənin sabiq ədliyyə naziri, ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Fu Çjenxua barəsində ölüm hökmü çıxarıb.

    Pressa RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.Hökm iki illik möhlətlə icra olunacaq. İki illik möhlət bitəndən sonra cəza ömürlük həbslə əvəzlənə bilər.

    Sabiq nazir rüşvət və korrupsiya əməllərində təqsirli bilinir. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək 117 milyon yuan (16,5 milyon dollar) rüşvət almaqda günahkar hesab olunur.

    Qeyd olunur ki, sabiq nazir günahını etiraf edib, əməlindən peşman olduğunu bildirib, qeyri-qanuni əldə etdiyi vəsaiti qaytarıb.

    Fu Çjenxua 2013-2018-ci illərdə ictimai təhlükəsizlik nazirinin müavini, 2018-2020-ci illərdə Çin Xalq Respublikasının ədliyyə naziri vəzifəsində çalışıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024