Çin Tayvan ətrafında genişmiqyaslı təlimlərə başlayıb

    DÜNYA

    04 Avqust 2022 | 09:50

    Çin Xalq Azadlıq Ordusu cümə axşamı Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

    Pressa TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.Qeyd olunub ki, təlimlər bu gün yerli vaxtla saat 12:00-da başlayıb və avqustun 7-i, günortaya qədər davam edəcək.

    Tayvan isə öz növbəsində təlimlərin aparıldığı altı rayondan üçünün özünün akvatoriyasına aid olduğunu vurğulayıb.

    Çin Xalq Azadlıq Ordusunun təlimləri zamanı akvatoriyanın blok edilməsi, dənizdə və havada hərbi fəaliyyətlərin aparılması kimi tapşırıqlar məşq ediləcək.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024