Çin MiQ-19-un əsasında yeni dronlar yaradır

    DÜNYA

    23 Oktyabr 2021 | 09:12

    Çinin Hərbi Hava Qüvvələri köhnəlmiş “Shenyang J-6” qırıcılarını kütləvi şəkildə yenidən dəyişdirir, MiQ-19 əsasında müasir dronlar (pilotsuz uçuş aparatları) yaradır.

    Pressa xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

    Defence News müdafiə nəşrinin məlumatına görə, peyk vasitəsilə çəkilən şəkillərdə Lyançen təyyarə bazasında yerləşdirilmiş 50 pilotsuz uçuş aparatı qeydə alınıb.

    Məlumata görə, digər dronlar Yantan-li bazasında yerləşdirilib. Daha bir şəkil sovet konstruksiyasına əsaslanan pilotsuz təyyarəni təsvir edir.

    “Defence News” nəşri bildirib ki, təyyarələrin belə pilotsuz versiyaları potensial düşmənin hava hücumundan müdafiə sistemini zəiflətmək üçün kütləvi basqın məqsədilə nəzərdə tutulub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024