• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

“Choco art” ilk dəfə sərgidə iştirak edib

ÖLKƏ

14 Iyun 2021 | 16:05

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri keçirilib. 100 faiz təbii şokolad məhsulu olan “Choco Art” ilk dəfə olaraq sərgidə iştirak edib.

“Choco Art” məhsulları ziyarətçilərin böyük marağına səbəb olub. Ziyarətçilər gözoxşayan tərtibatda hazırlanan stendə yaxınlaşaraq məhsulların dadına baxıb, yeni çeşidlərlə tanış olublar. Qonaqlara “Choco Art” məhsullarının keyfiyyəti, istehsal prosesi, fərqlilik və üstünlükləri ilə bağlı məlumat verilib. Bildirilib ki, insanların zövqünü oxşayan 100 faiz təbii şokolad məhsulu bundan sonra da yeni ləzzətlər və üstün keyfiyyətlə onları sevindirməyə davam edəcək.

İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan “Choco Art”ı digərlərindən fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan “Choco Art” nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə plitə çeşidi ilə alıcılarına təqdim olunan premium şokalat brendi çeşidlərini daha da artıraraq yeni şokalat kremlərini ve çəkili konfetlerini bazara çıxarıb. “Choco Art”la Sənətin incəliyini ləzzətlə kəşf edin.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021