Ceyhun Bayramov TDT XİN rəhbərlərini Zəngəzur dəhlizinə dair görülən işlər barədə məlumatlandırıb

    ÖLKƏ

    16 Mart 2023 | 13:58

    Regionda və dünyada baş verən hadisələr nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırıb.

    Pressa xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında bildirib.

      Nazir Ceyhun Bayramov, bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.

       



      XƏBƏR LENTİ

      03 Iyun 2023
      02 Iyun 2023
      01 Iyun 2023
      31 May 2023
      30 May 2023