Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb

    ÖLKƏ

    01 Dekabr 2023 | 16:20

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.

    XİN-dən Pressa-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

    Azərbaycan və Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

    İki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

    Nazir Filip İvanoviç, Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə olunmasında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib.

    Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024