Ceyhun Bayramov İtaliya xarici işlər nazirinin müavini ilə fikir mübadiləsi aparıb

    SİYASƏT

    02 Dekabr 2021 | 17:15

    Bu gün Stokholmda, İtaliya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşün əvvəlində, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən helikopter qəzasına görə başsağlığı verib.

    Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    Nazir müavini F. Rzayev, həmkarına bölgədə münaqişə sonrası vəziyyət, o cümlədən Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərində aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə ətraflı məlumat verib.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024