Ceyhun Bayramov İslandiya xarici işlər naziri ilə görüşüb

    SİYASƏT

    03 Dekabr 2021 | 09:45

    Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    İslandiya bu sahədə geniş təcrübəyə malik olduğunu qeyd edərək, İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib.

    Görüş çərçivəsində tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024