Ceyhun Bayramov Çavuşoğlu ilə üçtərəfli bəyanatı müzakirə etdi

    ÖLKƏ

    07 Iyun 2021 | 13:56

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. 

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

    Bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

    Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

    Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024