Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri bəlli olub

    İDMAN

    28 Iyul 2022 | 10:08

    Çempionlar Liqasının play-off mərhələsinin səbətləri dəqiqləşib.

    Apasport.az saytının məlumatına görə, avqustun 2-də keçiriləcək püşkatmada Çempionlar yolunda III təsnifat mərhələsinin 6 cütü və əvvəlki raundlardan azad iki komanda çıxış edəcək.Bu komandalar reytinqinə əsasən iki səbətə bölünüb. Azərbaycan çempionu “Qarabağ”ın “Ferensvaroş”la cütü səpələnməmişlər sırasındadır.

    Azərbaycan çempionunu 4 deyil, 3 mümkün variant gözləyir. Belə ki, “Srvena Zvezda” – “Pünik” cütü təmsilçimizə potensial rəqib ola bilməz. Buna Azərbaycanla Ermənistan komandalarının qarşılaşa bilməməsi səbəb olub. Təmsilçimizi 2 cüt və bir klub gözləyir.

    Çempionlar yolu
    Səpələnmişlər

    “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün qalibi
    “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi
    “Kopenhagen” (Damimarka)
    “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi

    Səpələnməmişlər
    “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
    “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün qalibi
    “Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün qalibi
    “Trabzonspor” (Türkiyə)

    Liqa yolunda isə 4 cüt pley-offun püşkatmasında iki səbətə bölünüb.

    Liqa yolu
    Səpələnmişlər
    “Benfika” (Portuqaliya) – “Midtulland” (Danimarka) cütünün qalibi
    “Union” (Belçika) - “Reyncers” (Şotlandiya) cütünün qalibi
    Səpələnməmişlər
    “Şturm” (Avstriya) - “Dinamo” K (Ukrayna) cütünün qalibi
    “Monako” (Fransa) - PSV (Niderland) cütünün qalibi

    Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024