"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

    İDMAN

    30 Sentyabr 2022 | 10:46

    İngiltərənin "Çelsi" klubu Almaniya "Leyptsiq"ində çıxış edən Fransa millisinin futbolçusu Kristofer Nkunku ilə anlaşıb.

    Pressa-nın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira sosial şəbəkə hesabında paylaşıb edib.

    O bildirib ki, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçini qış fasiləsində heyətinə qatmağı planlaşdırır. "Zadəganlar" fransalı oyunçu üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcək.

    Qeyd edək ki, Kristofer Nkunku Bundesliqa təmsilçisinə 2019-cu ilin yayında ölkəsinin PSJ komandasından keçib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024