Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib

    SİYASƏT

    30 Noyabr 2021 | 15:35

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

    Pressa-nın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    M. Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

    Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024