Burak Yılmazın formasını geyinəcəyi son klub bəlli olub

    İDMAN

    02 Dekabr 2021 | 11:05

    Türkiyə millisinin hücumçusu Burak Yılmaz formasını geyinəcəyi son klubu müəyyənləşdirib.

    Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Lill”in forvardı Super Liqa təmsilçisinə keçmək niyyətindədir.

    36 yaşlı qolçu karyerasını “Adana Dəmirspor”un heyətində bitirməyi planlaşdırır. Atası adanalı olduğundan, bu komandaya böyük simpatiya bəsləyən Burak “mavi-şimşəklər”in formasını geyinmək arzusundadır. “Lill” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Burakın arzusunun gələn yay həyata keçməsi gözlənilir.

    Qeyd edək ki, ötən mövsüm Fransa çempionu olan Burak Yılmaz cari mövsüm 18 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”un formasını geyinmiş tək-tük oyunçulardandır.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024