Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64149 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.