Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

    ÖLKƏ

    06 Fevral 2023 | 11:39

    Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

    Pressa xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

    Belə ki, 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə, 16 təminat və təchizat, eləcə də 2 minik avtomobili isə əks istiqamətə maneəsiz hərəkət ediblər. 

    Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

    Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023