Bu gün Azərbaycan derbisi keçiriləcək

    İDMAN

    02 Dekabr 2022 | 09:24

    Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.

    Pressa-nın məlumatına görə, günün yeganə matçında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

    "Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. "Ağ-qaralar" 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın 41 xalı var.

    Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də "köhlən atlar", 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Neftçi"nin aşkar üstünlüyü var - 107:80. "Qarabağ" çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024