Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

    İDMAN

    02 Dekabr 2023 | 10:48

    Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

    Pressa xəbər verir ki, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

    Püşkatmaya 21 milli komanda qatılacaq. Türkiyə millisi 2-ci səbətdə yer alacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

    Səbətlər belədir:

    1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

    2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

    3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

    4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024