Bu gün Astaraçay üzərində körpünün təməli qoyulacaq

    ÖLKƏ

    25 Yanvar 2022 | 13:05

    Bu gün Astaraçay üzərindən tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

    Pressa-nın məlumatına görə, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak edəcəyi gözlənilir.

    Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024