Bu gün AFFA-ya yeni prezident seçilir

    İDMAN

    02 Aprel 2024 | 10:05

    Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

    Pressa xəbər verir ki, konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

    Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.

    Qeyd edək ki, son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.

    Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024