Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

    İQTİSADİYYAT

    22 Iyun 2022 | 14:32

    Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb.

    PressaSky News“a istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Statistika İdarəsi yayıb.Bildirilib ki, cari ilin may ayında inflyasiya 9,1% təşkil edib ki, bu da ötən 40 il ərzində qeydə alınmış ən yüksək göstəricidir.

    Qurumun məlumatında qeyd olunub ki, ötən ay əsasən qida və alkoqolsuz içkilərin qiymətində artım müşahidə edilib.

    Britaniyanın maliyyə naziri Rişi Sunak inflyasiyanın aşağı salınması və qiymət artımının qarşısının alınması məqsədi ilə mümkün olan bütün vasitələrdən istifadə edildiyini bəyan edib.

    “Biz inflyasiyanı aşağı salmaq və qiymətlərin artması ilə mübarizə aparmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik - müstəqil monetar siyasəti, inflyasiya təzyiqini artırmayan məsuliyyətli fiskal siyasət və uzunmüddətli məhsuldarlığımızı artırmaqla daha güclü iqtisadiyyat qura bilərik”, - nazir bildirib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024