Britaniya XİN başçısı Rusiyaya səfər edəcək

    DÜNYA

    22 Yanvar 2022 | 10:46

    Rusiya tərəfi Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun Moskvaya səfərlə bağlı müraciətini qəbul edib.

    Apanın TASS-a istinadən verdiyi xəbərə görə, səfər cari ilin fevralında planlaşdırılıb.

    “Britaniya xarici işlər naziri Lavrovla danışıqlar aparmaqla üçün Moskvaya səfər etməklə bağlı müraciət edib. Moskva səfərin fevralda baş tutmasına razılıq verib”, - mənbə TASS-a bildirib.

    Qeyd edək ki, “The Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadən 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan L. Trussun fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşıb. Rusiyanın Londondakı səfiri Andrey Kelin isə bildirib ki, Moskvaya L. Trussun səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb. Böyük Britaniya xarici işlər nazirləri 2017-ci ildən sonra Rusiyaya səfər etməyiblər.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024