Britaniya uşaqların kütləvi vaksinasiyasından imtina edir

    DÜNYA

    19 Iyul 2021 | 09:06

    Britaniya hökuməti uşaqların və yeniyetmələrin koronavirusa qarşı kütləvi vaksinasiyasının əleyhinə çıxıb.

    Bu barədə “Telegraph” məlumat yayıb.

    İmtinaya səbəb Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitənin hökumətə ünvanladığı tövsiyyə olub. Sənəddə mövcud risklər barədə kifayət qədər məlumat təqdim olunanadək azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb.  

    Qeyd edək ki, iyulun 19-dan etibarən İngiltərədə bütün antikovid məhdudiyyətləri aradan qaldırılacaq. Maska və sosial məsafə tələbi isə artıq məcburi olmayacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024