“Brent” OPEC+in hasilatı tədricən artırmaq qərarından sonra bahalaşır

    İQTİSADİYYAT

    31 May 2021 | 17:39

    Aprelin 1-də OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin nazirlərinin videokonfrans formatında 15-ci toplantısı keçirilib. İclasda bir sıra qərar qəbul edilib. 

    Pressa-nın verdiyi məlumata görə, iclasda gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib. Bildirilib ki, OPEC+ ölkələri bu ilin fevral ayında neft hasilatının azaldılması üzrə sazişi 100%-dən çox yerinə yetirib. Texniki komitənin hesabatları dünya bazarlarında sabitləşmənin müsbət göstəricilərinin olduğunu göstərib, eyni zamanda neft bazarlarında, xüsusilə də dünyada yeni koronavirus ştammlarının sürətlə yayılmasından sonra bəzi qeyri-müəyyənliklər ortaya çıxarıb. Bu həm tələbata, həm də qiymətlərə təsir edən istehlakçı ölkələrin bağlanmasına gətirib çıxarır.

    Yeni qərara əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq. "OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.

    Qeyd edək ki, Londonun ICE birjasında ticarət zamanı "Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti OPEC+ ölkələrinin may ayından etibarən neft hasilatını tədricən artırmaqla bağlı qərarı fonunda artım tendensiyası göstərir.

    Belə ki, Bakı vaxtı ilə saat 19:25-ə olan məlumata görə, "Brent” markalı neftin bir barelinin qiyməti 62,62 ABŞ dolları səviyyəsində olub. Bu da əvvəlki ticarət sessiyasının səviyyəsindən 0,2% azdır. Eyni zamanda WTI markalı neftin dəyəri 0,17% artaraq bir barel üçün 59,28 ABŞ dollarına yüksəlib.

    Bakı vaxtı ilə 19:46-ya olan məlumatda isə "Brent” bahalaşaraq 63,48 dollar/barel (+1,2%) səviyyəsində ticarət olunub. WTI isə 1,4% bahalaşaraq 60,02 dollar/barelə satılıb.

    Daha əvvəl nazirlərin danışıqlarına qatılan iki mənbə TASS-a OPEC+ ölkələrinin may-iyul aylarında gündəlik neft hasilatını 1,14 milyon barel həcmində bərpa edə biləcəklərini söyləmişdi. Onların məlumatına görə, may və iyun aylarında gündəlik artım 350 min barel, iyulda isə gündəlik 441 min barel olacaq. Səudiyyə Ərəbistanı da may ayından etibarən könüllü hasilat ixtisarını yumşaldacaq.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024