BQXK Prezidenti Qəzzaya gedib

    ÖLKƏ

    04 Dekabr 2023 | 17:06

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib.

    Pressa xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb.

      Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub. Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək.

      BQXK Prezidenti "X" hesabında artıq Qəzzaya çatdığını bildirib.

      "İnsanların əzablarının dözülməz olduğu Qəzzaya gəldim. Mülki əhalinin müharibə qanunlarına uyğun olaraq müdafiə olunması və yardımın maneəsiz daxil olması üçün təcili çağırışımızı təkrar edirəm", - o paylaşımında qeyd edib.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024