BMT "Taliban"ın gəlişindən bəri Kabilə ilk humanitar yardımını çatdırıb

    DÜNYA

    15 Sentyabr 2021 | 09:24

    Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra BMT-nin Humanitar Hava Daşınmaları Xidmətinin (UNHAS) ilk təyyarəsi Kabilə çatıb.

    Pressa TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramı məlumat yayıb.

    “UNHAS uçuşları 29 avqust tarixində, Pakistanın paytaxtı İslamabadı Məzari-Şərif, Qəndəhar və Herat şəhərləri ilə birləşdirməklə bərpa edilib. Kabillə əlaqə “Taliban” hakimiyyəti ələ keçirəndən bəri yaranmış müvəqqəti fasilədən sonra sentyabrın 12-də bərpa edilib. ÜST-ün təqdim etdiyi dərman vasitələrindən ibarət üç reys həyata keçirilib”, - məlumatda belə deyilir.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024